Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:50

ABŞ və Kanadada «Sandy» qasırğasının qurbanlarının sayı 50-yə çatıb


Nyu Yorkun Aşağı Manhattan rayonunda sakinlər «Sandy» qasırğasının törətdiyi fəsadları izləyir

Nyu Yorkun Aşağı Manhattan rayonunda sakinlər «Sandy» qasırğasının törətdiyi fəsadları izləyir

Oktyabrın 31-i səhər New York şəhərindəki John Kennedy adına beynəlxalq aeroport və New Jersey ştatındakı Newyark şəhər aeroportu qismən işini bərpa ediblər. Aeroportlar «Sandy» qasırğasına görə bağlanmışdı.

ABŞ və Kanadada «Sandy» qasırğası qurbanlarının sayı 50-ə çatıb. Hazırda qasırğa tədricən zəifləyir.

Qasırğa ötən gecə sahilə yaxınlaşıb, soyuq hava kütlələri ilə birləşdiyindən qasırğa zəifləsə də, ziyan vurmaqda davam edir. Fəlakət bölgəsində milyonlarla insan elektriksiz qalıb.

New York metrosu, avtomobil yollarındakı tunellər su altında qalıb. Şəhərdə 20-dən çox güclü yanğın baş verib.

«Sandy» qasırğası ABŞ iqtisadiyyatına on milyardlarla dollar məbləğində ziyan vurub.

DÜNYANIN ƏN BÖYÜK BİRJASI İKİ GÜN ARDICIL BAĞLI OLUB

ABŞ prezidenti Barack Obama New Jersey ştatında olub. New York ştatını isə «fəlakət bölgəsi» elan edib. New York meri Michael Bloomberg şəhərdə 10 adamın öldüyünü, ölənlərin sayının artacağından narahat olduğunu bildirib.

New York Universitetinin «Tisch» xəstəxanasında elektrik kəsildiyi və generator işləmədiyi üçün 200-dən çox xəstə başqa xəstəxanalara köçürülüb. New York birjası bu gün də açılmayıb.

Dünyanın ən böyük birjası 1888-ci ildən bu yana ilk dəfədir ki, iki gün ardıcıl bağlı qalıb.

ABŞ-da noyabrın 6-da keçiriləcək prezident seçkiləri ilə bağlı prezident Barack Obama və onun respublikaçı rəqibi Mitt Romney seçki kampaniyalarını təxirə salıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG