Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:06

ABŞ və Kanadada Sandy qasırğasının qurbanlarının sayı 50-yə çatıb


Bu gün səhər New York şəhərindəki John Kennedy adına beynəlxalq aeroport və New Jersey ştatındakı Newyark şəhər aeroportu qismən işini bərpa edib. Bu aeroportlar Sandy qasırğasına görə bağlanmışdı.

ABŞ və Kanadada Sandy qasırğasını qurbanları 50-yə çatıb. Hazırda qasırğa tədricən zəifləyib.
Qasırğa dünən gecə sahilə yaxınlaşıb soyuq hava sistemləri ilə birləşdiyindən qasırğa xarakterini itirsə də vurduğu ziyan davam edir. Fəlakət bölgəsində milyonlarla adam elektriksiz qalıb.
New York metrosu, avtomobil yollarındakı tunellər su altında qalıb. Şəhərdə 20-dən çox güclü yanğın hadisəsi baş verib. Sandy qasırğası ABŞ iqtisadiyyatına on milyardlarla dollar məbləğində ziyan vurub.

ABŞ prezidenti Barack Obama New Jersey ştatında olub. New York ştatını isə fəlakət bölgəsi elan edib. New York meri Michael Bloomberg şəhərdə 10 adamın öldüyünü, ölənlərin sayının artacağından narahat olduğunu bildirib.

New York Universitetinin Tisch xəstəxanasında elektrik kəsildiyi və generator işləmədiyi üçün 200-dən çox xəstə başqa xəstəxanalara köçürülüb. New York birjası bu gün də açılmayıb.

Dünyanın ən böyük birjası 1888-ci ildən bu yana ilk dəfə iki gün bir-birinin ardınca bağlı qalıb.
ABŞ-da noyabrın 6-da keçiriləcək prezident seçkiləri ilə bağlı prezident Barack Obama və onun respublikaçı rəqibi Mitt Romney seçki kampaniyalarını təxirə salıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG