Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:11
ABŞ və Kanadada “Sendi” qasərğasından ölənlərin sayı 28-ə çatıb.

Təkcə Nyu-Yorkda 15 adam ölüb.

Şəhərdə metro və yeraltı keçidləri su basıb.

Elektrik xətlərinin qərəlması nəticəsində şəhərdə 23 yanğın olub, 80 ev yanıb.

Nyu-Cersi ştatında təhlükəsizlik baxımından atom elektrik stansiyalarının fəaliyyəti dayandırılıb.

7 ştatda 6 milyona yaxın adam işıqsız qalıb.

Həmçinin Vaşinqtonda yağışa görə, daşqın təhlükəsi gözlənilir.

ABŞ prezidenti Barack Obama vəziyyətə nəzarət etmək üçün bütün seçkiqabağı tədbirləri təxirə salıb.

Nyu-York meri Maykl Blumberq əhalini küçələrə çıxmamağa çağırıb.

Bundan əvvəl Karib adalarında qasırğadan 60-a yaxın adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG