Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:52

Naxçıvanda «başına qızıl al, gəz» sabitliyi...


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 5 iyun 2012. sayı: 124 (20.529)


ORDUBADDA VERGİ ÖDƏYİCİLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Ordubad Rayon Vergilər Şöbəsində vergi ödəyiciləri ilə görüş keçirilib. Əmək müqavilələrinin bağlanması, nağdsız ödəniş, nəzarət – kassa aparatlarından istifadə qaydaları, vergi və rüsumların elektron formada ödənişi haqqında vergi ödəyicilərinin maarifləndirilməsi məqsədilə keçirilən tədbiri giriş sözü ilə rayon Vergilər Şöbəsinin rəisi Məhəmməd İbadov açıb.

O, vergi sistemində aparılan islahatlar nəticəsində muxtar respublikamızda müasir vergi inzibatçılığının formalaşdırıldığını, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələr sistemi qurulduğunu, müasir səviyyəli təhsil bazasına malik informasiya sistemlərinin yaradıldığını, «elektron hökumət» layihəsi sahəsində mühüm işlər görüldüyünü vurğulayır.

...Görüşdə əksər suallar elektron bəyannamə sistemi, onlayn kargüzarlıq, ƏDV-nin depozit hesabı, vergi borcları, torpaq və vergi üzrə öhdəliklər, vergi güzəştləri barədə olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

SABİTLİYİN QƏDRİNİ BİLƏK

Bu gün Naxçıvan torpağında atalar demişkən, «başına qızıl al, gəz» sabitliyi hökm sürür. Özgənin mal – mülkünə, var dövlətinə, insan şəxsiyyətinə hörmətin bariz nümunəsi bu torpaqdadır. Muxtar respublikanın sərhədləri yağıdan necə qorunursa, hüquq-mühafizə orqanları da müstəqil dövlətin qanununun keşiyində o cür ayıq – sayıq dayanıblar.

Ötən əsrin 60-cı illərində Şahbuz rayonunda bir prokuror var idi. Kimini əyin – başdan alababat, öz zəhməti ilə güzəran qurmağa çalışan görürdüsə «hazırlaş, get, yaxınlarınla halal-hümbət elə, səni də həbs edəcəyəm», - deyirdi... Ötən əsrin 70-ci illərində və sonralar ulu öndər Heydər Əliyev belə adamların qarşısını aldı. İndi hüquq – müdafiə işçiləri tamamilə sabitliyin keşiyindədirlər. Onlara yüksək dövlət qayğısı göstərilir.

Dahi Azərbaycan şairi, bəşər mədəniyyətinin zirvəsi, dünya ədəbiyyatının korifeylərindən biri Nizami Gəncəvinin «Xəmsə»sini iki dəfə sətri izahla oxumuşam. Belə qənaətə gəlirəm ki, dahi mütəfəkkirin arzuladığı qıfılsız evləri, gözətçisiz sahələri olan sakit guşəli məmləkətə Naxçıvan diyarını nümunə göstərə bilərik.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Eko-turizm: təbiətə sevgi, mənalı istirahət
- Çörək ətri
- Şahmat məktəbi üçün yeni bina tikilir
XS
SM
MD
LG