Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:58

Tural Abbaslı azadlığa buraxılıb


-
Oktyabrın 30-da Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı azadlığa buraxılıb.

Bu barədə AzadlıqRadiosuna Tural Abbaslı məlumat verib.

Tural Abbaslı oktyabrın 20-də Bakının mərkəzində keçirilən etiraz aksiyasında həbs olunub. Məhkəmə onun barəsində 10 sutkalıq həbs cəzası kəsmişdi.

O, bildirib ki, BŞBPİ-nin Binəqədidəki İnzibati Həbs Olunmuşların Saxlama Məntəqəsində saxlandığı müddətdə ona qarşı heç bir təzyiq olmayıb.

Oktyabrın 20-də Bakının mərkəzində «Parlament buraxılsın!» tələbi ilə aksiyası keçirmək istəyənlərin bir qismi cərimələnmiş, bir qismi barəsində isə inzibati həbs qərarı çıxarılmışdı.
XS
SM
MD
LG