Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:38

Eldar Sabiroğlu: «Ermənistanı bir neçə dəqiqə ərzində vura bilərik»


Eldar Sabiroğlu

Eldar Sabiroğlu

-
«Azərbaycan Silahlı Qüvvələri strateji obyektlərini qorumağa qadirdir. Elə radar sistemimiz var ki, düşmənin atdığı raketi yerindəcə təsbit edir və anında zərərsizləşdirə bilir. Ermənistanın elə obyekti hədəfimizdədir ki, bir neçə dəqiqə ərzində onu vurarıq. Bu da Ermənistanın bir dövlət kimi özünün taleyini sual altına qoyur».

APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu cəbhə bölgəsində - Tərtərdə keçirdiyi mətbuat konfransında deyib.

E.Sabiroğlu Azərbaycanın 53 ölkə ilə hərbi əməkdaşlıq etdiyini, silahlı qüvvələrin bütün ştat strukturunun NATO standartlarına uyğunlaşdırıldığını deyib:

«NATO qərargahlarında xidmət edən zabitlərimizin sayı artır».

Nazirlik sözçüsü bildirib ki, bu ilin 10 ayı ərzində Azərbaycan və Ermənistan ordularının təmas xəttində atəşkəs rejimi 1178 dəfə pozulub.

Azərbaycan Ordusu bu müddətdə döyüşlərdə 12 hərbçisini itirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG