Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:10

Gürcüstanda 38 məhbus azad edilib


Gürcüstanda 38 məhbusa amnistiya elan edilib.

Yeni daxili işlər naziri Sozar Subari bildirib ki, xüsusi komissiya hazırda 4 min hökmün ləğvi məsələsinə baxır.

Nazir bundan əvvəl xırda cinayətlərə görə həbs edilmiş və cəzasının 2/3-nü çəkmiş 300-dən çox məhbusun yaxın zamanlarda azad ediləcəyini bəyan edib.

Qeyd edək ki, hazırda Gürcüstanı yeni hökumət idarə edir.

Yeni hökumətə bu yaxınlarda keçirilmiş parlament seçkisinində qalib gəlmiş “Gürcü arzusu” kolaisiyaysının lideri Bidzina İvanishvili rəhbərlik edir.
XS
SM
MD
LG