Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:23

İranın hərbi gəmisi Sudan sahilində lövbər salıb


İranın “Kharg” hərbi gəmisi Sudan sahilində lövbər salıb.

İran hökuməti bunu Tehranın qonşu ölkələrə sülh və dostluq mesajı çatdırması, dəniz yollarının təhlükəsizliyini qoruması ilə əlaqələndirir.

Sudan müxalifəti isə bildirir ki, İsrailin oktyabrın 23-də bu ölkədə bombaladığı silah zavodu İran İslam İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) məxsusdur. İran hərbi gəmisinin bu ölkəyə gəlməsi də bununla bağlıdır.

Sudan hakimiyyəti isə bu iddianı təkzib edib.
XS
SM
MD
LG