Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:58

Bu səhər də tıxaclar yolları bağladı


Bakıda tıxac
Bakıda tıxac
-

Oktyabrın 30-u səhər saatlarında Xırdalan dairəsində yol təmir adı ilə birtərəfli olaraq bağlanıb. Artıq buna qədər mövcud olan tıxac yolun bağlanması nəticədə daha da böyüyüb.

Bakı-Şamaxı yolunun Sulutəpə ərazisində də əhali saatlarla tıxacda gözləməli olub.

Sərnişinlərin bir qismi Avtovağzaladək yolu piyada qət etmək məcburiyyətində qalıblar.

Yenə də vətəndaşların kütləvi şəkildə işə və təhsil müəssisələrinə gecikməsi halı baş verib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə AzadlıqRadiosuna bildirib ki, səhər saatlarında sözügedən istiqamətlərdə tıxaclar yox, nəqliyyatın sıxlığı müşahidə olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG