Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:27

ABŞ Ukraynadakı seçkini geriyə addım sayır


ABŞ Ukraynada keçirilmiş parlament seçkilərini ölkədəki demokratiyanın inkişafı baxımından geriyə addım adlandırıb.

Bu haqda ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Touner bildirib.

Vaşinqton səsvermə zamanı saxtalaşdırma faktları haqqında məlumatlardan narahatlığını bildirib.

Bundan əvvəl isə ATƏT-in ukraynadakı missiyasının rəhbəri Valburq Qabsburq Duglas da seçkilərlə bağlı narahatlığını ifadə etmişdi.

ATƏT və Avropa Şurasından olan müşahidəçilər həbsdə olduqları üçün Ukrayna müxalifətinin liderləri Yulya Timoshenkonun və Yuri Lutsenkonun seçkidə iştirak edə bilməməsindən təəssüfləndiyini bildirib.

MDB müşahidəçiləri isə əksinə, Ukraynadakı seçkiləri azad və demokratik adlandırıb.
.
XS
SM
MD
LG