Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:10

Bankdan 5 milyard dollar oğurlamaqda şübhəli bilinən rusiyalını Çexiyada tutublar


Çexiya polisi Qazaxıstanın BTA Bankından 5 milyard dollar çıxardılmasında əli olduğu iddia olunan Rusiya vətəndaşını həbs edib. Oktyabrın 29-da Rusiya Daxili İşlər nazirliyi bildirib ki, sözügedən bankın nağd əməliyyatlar meneceri olmuş Tatyana Paraskevichi dindirmək üçün Pragaya gedəcəklər.

BTA Bankının keçmiş direktoru Mukhtar Ablyazov ölkə prezidenti Nursultan Nazarbaevin rəqiblərindən idi. Bankı əlindən alınandan sonra o, 2009-cu ildə Londona qaçmışdı. Ancaq Londonda bank fırıldaqçılığı ittihamı ilə 32 ay həbs cəzası alan Ablyazov buradan da qaçmağa müvəffəq olmuşdu və hələ də axtarışdadır..
XS
SM
MD
LG