Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:16

Tymoshenko seçkiyə etiraz olaraq aclığa başlayıb


Ukraynanın həbsdəki keçmiş Baş naziri Yulia Tymoshenko oktyabrın 29-dan aclıq aksiyasına başlayıb.

Tymoshenko-nun vəkili Serhiy Vlasenko jurnalistləri onun bəyanatı ilə tanış edib. Bəynatda deyilir ki, Tyçoshenko aksiya dövründə ancaq içməli su qəbul edəcək. BUu yolla keçmiş Baş nazir həftəsonu keçirilən parlament seçkilərinin saxtalaşdırılmasına etiraz edəcək.

Səslərin artıq 80 faizə yaxını sayılıb. Ukrayna prezidenti Viktor Yanukovichin Regionlar partiyasının 33 faizlə irəlidə olduğu, Tymoshenkonun Vətən partiyasının isə 23 faiz səs topladığı bildirilir.

ATƏT və Avropa Birliyi seçkiləri demokratiyadan geri addım adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG