Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:42

İran-Azərbaycan sərhədində atışma: 1 nəfər saxlanıb


-
Oktyabrın 26-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları Cəlilabad rayonu ərazisində İrandan Azərbaycan sərhədinin pozulmasının qarşısını alıblar.

Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilir ki, saat 01:30 radələrində silahlı şəxslərdən ibarət qrup İran ərazisindən dövlət sərhədini pozaraq Azərbaycana keçməyə cəhd edib. Sərhəd pozucularının qarşısı alınarkən onlar odlu silahdan atəş açıb.

Azərbaycan sərhədçilərinin cavab atəşi nəticəsində sərhəd pozucularından bir nəfəri yaralanıb, qalanları geriyə - İrana qaçıblar.

Hadisə yerinə baxış zamanı 1 ədəd AKS-74 markalı avtomat və 24 ədəd 5.45 mm-lik güllə gilizləri aşkar olunub.
XS
SM
MD
LG