Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:05

ATƏT-dən sərt bəyanat: «Ukraynada demokratik inkişaf geri çevrilib»


Walburga Habsburg Douglas Kiyevdəki mətbuat konfransında, 29 oktyabr 2012

Walburga Habsburg Douglas Kiyevdəki mətbuat konfransında, 29 oktyabr 2012

-
Beynəlxalq müşahidəçilər Ukraynadakı parlament seçkilərini sərt tənqid ediblər

Bazar ertəsi Kiyevdə keçirilən mətbuat konfransında ATƏT-in müşahidə missiyasının rəhbəri Walburga Habsburg Douglas deyib ki, ciddi geriləmələr var - son illərdə əldə edilmiş bir sıra demokratik nailiyyətlərdən bu seçkilərdə imtina edilib:

“Hakimiyyət imkanlarından sui-istifadə və pulun bu seçkilərdəki rolunu nəzərə alanda, belə görünür ki, Ukraynadakı demokratik inkişaf geri çevrilib”.

Habsburg Douglas hakim komandadakı siyasətçilərin administrativ resurslardan seçkinin nəticələrinə təsir etmək üçün istifadə etdiyini deyib.

Müşahidə qrupunun rəhbəri onu da bildirib ki, media seçki kampaniyasını birtərəfli işıqlandırıb, seçki kampaniyalarının maliyyə mənbələri isə şəffaf olmayıb.

NATO və Avropa Şurası Parlament Assambleyasından olan müşahidəçilərin monitorinq qrupu isə bir qədər yumşaq bəyanat verib, onların rəyində daha az pozuntudan söhbət gedir.

Ukraynada səslərin təxminən yarısı sayılıb və prezident

Yanukovichin Regionlar Partiyası öndədir

Ukrayna Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, Regionlar Partiyası sayılan səslərin 34 faizini toplayıb.

Həbsdəki müxalifət lideri Yulia Tymoshenkonun qızı Yevgeniya Dneprepetrovskda səs verir, 28 oktyabr 2012

Həbsdəki müxalifət lideri Yulia Tymoshenkonun qızı Yevgeniya Dneprepetrovskda səs verir, 28 oktyabr 2012

Həbsdə olan müxalifət lideri Yulia Tymoshenkonun (Yulya Timoşenko) Batkivşina (Ata yurd) Partiyası 23 faiz səslə ikincidir.

Üçüncü yerdə gedən Kommunist Partiyası səslərin 15 faizini toplayıb.

Boks üzrə dünya şempionu Vitali Kliçkonun UDAR (Ukraynanın İslahatlar Uğrunda Demokratik İttifaqı) Partiyası 13, Azadlıq Partiyası isə 9 faiz səs toplayıb.

Səsvermənin ilkin nəticələri səsvermə günü keçirilən ekzit-polların nəticələri ilə üst-üstə düşür.

Ekzit-pollar da əsas mübarizənin Yanukoviç və Timoşenkonun partiyaları arasında getdiyini göstərirdi.

Iqtidar partiyası deyir ki, səslər sayılmaqda davam etdikcə onların qazandıqları mandatların da sayı artacaq.

Çünki Ukraynada parlamentdəki mandatların yalnız yarısı partiya siyahıları üzrə səsvermənin nəticələri əsasında qazanılır.

Qalan yarısı isə təkmandatlı dairələrdə seçkini udanlara çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG