Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:04

Seçki qanunvericiliyinə dəyişikliklər təklif olunur [Video]


Seçki qanunvericiliyinə dəyişikliklər təklif olunur
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Seçki qanunvericiliyinə dəyişikliklər təklif olunur

-
Mövcud seçki sistemi bərabər əsasla proporsional və majoritar sistemlə əvəzlənsin. Seçki komissiyaları siyasi qüvvələrin bərabər təmsilçiliyi əsasında təşkil olunsun. Səslərin paralel sayılması mexanizmi tətbiq edilsin.

Bu təklifləri müstəqil seçki ekspertləri, hüquqşünaslar və ictimaiyyət nümayəndələri hazırlayıb, memorandumda onları 6 istiqamət üzrə təsnif edib. Memorandum oktyabrın 29-da ictimaiyyətə təqdim olunub.

SEÇKİ KAMPANİYASININ MÜDDƏTİ UZADILSIN

Təkliflərə həmçinin bunlar daxildir: seçki kampaniyasının müddəti 120 günədək, təşviqat müddəti 60 günədək uzadılsın, namizədlərə bərabər efir vaxtı verilsin, seçki hüquq pozuntuları ilə bağlı şikayətlər müstəqil qruplar tərəfindən araşdırılsın. Memorandumda həmçinin namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesinin təkmilləşdirilməsi, seçki şikayətlərinin araşdırılmasına dair təkliflər yer alıb.

«ŞİKAYƏTLƏRİN HEÇ BİRİ ƏDALƏTLİ ARAŞDIRILMIRDI»

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Gülağa Aslanlı bildirdi ki, bu təkliflər mövcud vəziyyət diqqətlə öyrənildikdən sonra hazırlanıb. O, Mərkəzi Seçki Komissiyasında şikayətlərin araşdırılması praktikasını
Gülağa Aslanlı
Gülağa Aslanlı
xatırlayır:

«Orada zahiri bir görünüş vardı ki, guya seçki hüquqpozmaları ilə bağlı şikayətlər araşdırılır. Faktiki olaraq isə Mərkəzi Seçki Komissiyası gələn şikayətlərin heç birini yoxlamırdı. Ən yaxşı halda hakimiyyət strukturlarında çalışan komissiya üzvlərinin rəyi əsasında guya tədqiqat apardıqları fikrini yayırdılar. Amma reallıqda bu şikayətlərin heç biri ədalətli və şəffaf şəkildə araşdırılmırdı».

Bu baxımdan, G.Aslanlı seçki şikayətlərinin araşdırılması üçün ayrıca müstəqil qrupun yaradılmasını zəruri hesab edir.

AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT NƏYİ DƏYİŞDİ?

Elə politoloq Eldar Namazov da 2005-ci il parlament seçkilərinin nəticələri ilə əlaqədar Avropa Məhkəməsinə müraciət edib. O, namizəd olduğu dairənin 29 məntəqəsindən 25-də qələbəsinin möhürlü protokollarla təsdiqlənməsinə baxmayaraq, məğlub elan edilməsindən şikayətlənirdi. Mərkəzi Seçki Komissiyası və ölkədaxili məhkəmələr onun əleyhinə qərar çıxarıb. Amma deyir ki,
Eldar Namazov
Eldar Namazov
işi Avropa Məhkəməsinə getdikdən sonra Azərbaycan hökuməti onun hüquqlarının pozulduğunu rəsmi məktubla təsdiqləsə də, bu hüquqların bərpası istiqamətində heç bir addım atılmayıb:

«Bu, birinci hal deyildi. 2003-cü ildə prezident seçkisində mənim namizədliyim irəli sürülmüşdü. Mərkəzi Seçki Komissiyası mənim namizədliyimin ləğvini onunla əsaslandırdı ki, vəkillərimdən birinin mobil telefon nömrəsi qeyd olunub, amma iş və ev telefonları qeyd olunmayıb. Ona görə də, Eldar Namazov prezident seçkilərində iştirak edə bilməz».

YAP RƏHBƏRLƏRİNƏ MÜRACİƏT

Seçki memorandumunu hazırlayanlardan biri, hüquqşünas Vidadi Mirkamalın fikrincə, bu sənəd bütün düşərgədən olan insanları bir araya gətirmək üçün əhəmiyyətlidir:

«Mən YAP-ın rəhbərlərinə müraciət edirəm. Ümumiyyətlə, Azərbaycanda bu və ya digər formada seçkilərə marağı olan hər bir kəsə bu memorandumu süzgəcdən keçirməyi təklif edirik. Biz çox istəyirik ki, bu memorandum cəmiyyətin bütün təbəqələri arasında müzakirə olunsun və bizə rəylər gəlsin».

MƏĞLUBİYYƏTLƏRİNİ SEÇKİ SİSTEMİNDƏ AXTARANLAR...

Fəzail Ağamalı
Fəzail Ağamalı
İqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirir ki, seçki prosesinin təkmilləşdirilməsi istiqamətində istənilən müzakirələrdə iştiraka hazırdır. Amma o, bu memorandumda əks olunanları o qədər də əhəmiyyətli hesab etmir:

«Seçkilərin keçirilməsinin təkmilləşdirilməsinə xidmət edəcək təkliflərin səmimiliyinə, obyektivliyinə inanmıram. Çünki bu memorandumu hazırlayanların əksəriyyəti müxalifət mövqeyində duran, seçkilərdə məğlubiyyətlərini seçki sistemində, seçki məcəlləsində axtaran insanlardır».

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bildirdi ki, nəzərdə tutulan təklif və dəyişikliklər Azərbaycanda demokratik seçki mühitinin yaradılması baxımından önəmlidir. O, memorandumun xarici dillərə tərcümə olunaraq beynəlxalq və yerli təşkilatlara göndəriləcəyini bildirdi.
XS
SM
MD
LG