Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:33

Rusiyalı qeyin Amerikada sərgisi açılıb


Alexander Kargaltsev
Alexander Kargaltsev
-
Alexander Kargaltsev-ə cinsi azlıq olduğu üçün hədə-qorxu gəlindiyindən o, oxuduğu universiteti dəyişib.

O, Moskvada qeylərin paradında polis dəyənəyi ilə döyülüb. Sonra polis onu və dostlarını qey klubundan çıxarkən həbs edib.

Ancaq aldığı xəsarətlərə baxmayaraq, 27 yaşlı rusiyalı mühacir səssiz qalmaq istəmir. 2011-ci ildə Kargaltsev ABŞ-da sığınacaq alıb.

Oktyabrın 26-da Nyu-Yorkda, Manhettendə özünün «Sığınacaq» adlı ilk fərdi sərgisini təqdim edib. Kiçik studiyanı Nyu-York şəhərinin fonunda çılpaq qey və biseksual kişilərin fotosu bəzəyirdi. Hər fotoşəkilin altında «Sığınacaq verilib» və ya «Sığınacaq gözləntisi» yazılmışdı.

RUSİYA İTİRİB…

Kargaltsev AzadlıqRadiosuna deyib ki, bu, Rusiyada qeylərin hüquqlarının müdafiəsi üçün siyasi addımdır:

«Çalışmışam ki, gənc, sağlam, yaxşı təhsil almış, hətta yaraşıqlı oğlanları seçim. Göstərim ki, Rusiya nə itirib. Həm də Nyu-Yorku göstərmək istədim».

Qalereyanın kuratoru Ivan Savvine də qey olduğu üçün Rusiyadan qaçqın düşənlərdəndir.

QEY OLMAQ CƏSARƏTİNİN VİZUAL TƏQDİMATI

ABŞ-da rusilli qeylərin paradı, 24 iyun 2012
ABŞ-da rusilli qeylərin paradı, 24 iyun 2012
Savvine deyir ki, portretlər həm zəifliyi, həm güclülüyü təsvir edir. Bu, həm Şərqdə, həm də Qərbdə qey olmaq üçün tələb olunan cəsarətin vizual təqdimatıdır:

«Bu çılpaqlıq - bir dünyadır, hətta lüt-üryan yox, çılpaqlıq. Çünki bu, çox vacibdir və qaçqınlıq təcrübəsindən doğur. Sən həyatını sıfırdan başlayırsan, dil bilmirsən, hər hansı əlaqələrin yoxdur, ailən, dostların yoxdur. Sən lazımı təhsil, iş bacarığı, pul, dəstək olmadan özünü xarici mədəniyyətin ağuşuna atırsan. Üstəlik, sən həyatına bir təhər başlamalısan».

Moskvada film və teatr direktoru, fotoqraf olan Kargaltsev Nyu-Yorka təlim keçməyə gəlibmiş. Sonradan burda sığınacaq alıb.

RUSİYADA QEY OLMAQ QADAĞASI

Bu il Rusiyada homoseksuallara qarşı diskriminasiya genişlənib. Fevral ayında Sankt-Peterburqda «qey təbliğatı»nı cinayət sayan qanun qəbul edilib.

Amerikalı pop-ulduz Madonna avqust ayında bu şəhərdəki konsert zamanı qey və lezbiyanlara dəstək verdiyi üçün ona qarşı 10 milyon dollarlıq iddia irəli sürülüb.

Modellərdən biri, moskvalı, 27 yaşlı Dmitry keçmiş musiqiçidir
Modellərdən biri, moskvalı, 27 yaşlı Dmitry keçmiş musiqiçidir
QEYLƏR ABŞ-DA DA RUSİYADAN QORXURLAR

Fotoların birinin yerləşdiyi yerdə yazılıb: «Bu şəkil Kargaltsev üçün poza verən modellərin xahişi ilə sərgidən kənarlaşdırılıb. Onlar narahatdırlar ki, bundan Rusiya hökuməti xəbər tutarsa, onların vətəndəki qohum-əqrəbasına təzyiqlər ola bilər».

Kargaltsev-in sərgisində həm qaçqınlar, həm də yerli amerikalılar iştirak edirdi.

Burda iştirak edənlərdən iki qey ABŞ-da rəsmi nikaha giriblər, amma onlardan biri - 21 ildir ABŞ-da yaşayan venesuelalı «Green card» gözləyir. Cütlük AzadlıqRadiosuna deyib ki, onların 50 yaşı var və fotolardakı rusiyalılar çox gəncdirlər:

«Biz hələ də eyni məqsəd üçün döyüşürük».

Modellərdən biri, moskvalı, 27 yaşlı Dmitry keçmiş musiqiçidir. O, da 2011-ci ildən ABŞ-da sığınacaq almağı gözləyir.

«Mən burda özümü təhlükəsiz hiss edirəm və burda sevgimi tapdım».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG