Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:47

Prezidentin həlak olduğu qəzann əsas şahidi asılmış halda aşkarlanıb


2010-cu ildə Polşa prezidentinin həlak olduğu təyyarə qəzasının əsas şahidi evində asılmış halda tapılıb. Varşava prokurorluğu oktyabrın 29-da bildirib ki, Remigiusz Mus şənbə günü ölü halda aşkarlanıb.

Mus 2010-cu ilin aprelində Rusiyada Smolensk yaxınlığında qəzaya uğrayan təyyarənin uçuş mühəndisi idi. O istintaqa verdiyi ifadədə bildirmişdi ki, Rusiya hava nəqliyyatı nəzarətçiləri sıx duman olmasına baxmayaraq onlara 50 metr yüksəkliyə qədər enməyə icazə vermişdilər. Rusiya tərəfi isə bildirirdi ki, onlar təyyarəyə 100 metrdən alçağa enməyi qadağan edibmişlər.

2010-cu ildəki təyyarə qəzasında Polşa prezidenti Lech Kaczynski, ailəsi və Polşanın yüksək səviyyəli hökumət rəsmiləri həlak olmuşdu.
Polşada bəziləri bu qəzanın təsadüf olmadığını iddia edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG