Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:14

ABŞ-da gözlənilən qasırğa üzündən 100 minlərlə adam evakuasiya edilib


ABŞ-ın Şərq sahilində 100 minlərlə adam Sandy gözlənilən Sandy qasırğası üzündən evakuasiya ediliblər. Küləyin sürəti saatda 120 kilometrə çatan Sandy bu gün axşam və ya oktyabrın 30-u səhər Amerika sahilinə, xüsusən də Nyu Cersiyə çatması gözlənilir.

Qasırğa Şimaldan gələn soyuq hava axınları və Qərbdən gələn başqa bir qasırğa ilə də birləşdiyindən ABŞ-ın Şərq sahillərində fövqəladə vəziyyət élan edilib. 60 milyon adamın yaşadığı ərazinin qasırğanın təsirinə məruz qalacağı gözlənilir.

Bazar ertəsindən Nyu-York və Vaşinqton da daxil olmaqla, bir çox şəhərlərdə ictimai nəqliyyat, hava nəqliyyatı və dəmir yol reysləri təxirə salınıb.

Prezident Barack Obama söz verib ki, qasırğa özünü göstərən kimi hökumət çox ciddi və təcili tədbirlər görəcək.
XS
SM
MD
LG