Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:24
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 4 iyul 2012. sayı: 123 (20.528)


MUXTAR RESPUBLİKADA 2831 HEKTAR SAHƏDƏ KARTOF TƏDARÜK OLUNACAQ

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, muxtar respublikada yazlıq taxılla birlikdə cari ilin məhsulu üçün 26 min 409 hektarda əkin aparılmışdır. Bütün sahələrdə həyata keçirilən aqrotexniki tədbirlər diqqətdə saxlanılmış, bol məhsul yetişdirilməsinə nail olunmuşdur. Mətbəximiz üçün ən çox tələb olunan ərzaq məhsulu kimi kartofun əkilib – becərilməsi üçün yaradılan şərait bu sahədə də xeyli uğurlar qazanılmasına imkan vermişdir… Cari ildə muxtar respublikanın torpaq mülkiyyətçiləri yaradılan şəraitdən səmərəli istifadə edərək 2831 hektar sahədə kartof əkini keçirmişlər ki, bu da əvvəlki illə müqayisədə 67 hektar çoxdur. Onu da vurğulayaq ki, əkin zamanı torpaq mülkiyyətçiləri keyfiyyətli toxum sortları ilə təmin olunmuş, müxtəlif yardımlar və kreditlər almışlar. Erkən yazdan çəkilən zəhmət hədər getməmişdir. İlk olaraq Şərur rayonunda kartof tədarükünə başlanılmışdır. Nəticələr uğurludur. Bu günədək 80 hektar sahədən 1080 ton məhsul götürülmüşdür. Hektarın orta məhsuldarlığı 135 sentnerdir.

KROSS YARIŞI

Culfa rayonunda yeniyetmə və gənclər arasında «Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq» devizi altında kross qaçışı üzrə yarış keçirilib. Culfa Rayon Gənclər və İdman İdarəsi ilə Uşaq – Gənclər İdman Məktəbinin təşkil etdikləri yarışda 60-a yaxın idmançı iştirak edib. İdmançılar birincilik uğrunda 1000 və 1500 metr məsafələri qət ediblər. 1000 metrə qaçış üzrə kross yarışında Elşən Məmmədov birinci, Vüsal Həsənov ikinci, Səfər Məmmədov isə üçüncü yerləri tutublar. 1500 metr məsafə üzrə mübarizədə isə Sinan Qasımlı, Hüseyn Cəfərov, Asim Əhmədov müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər. Rayonda kross yarışı idman növünü inkişaf etdirmək, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirilən yarışın qaliblərinə diplomlar verilib.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- «Aşağı Daşarx» kitabı işıq üzü görüb
- Nənə, bir qulaq as…
- Ordubadda quruculuq tədbirləri geniş vüsət alıb

Şərhləri göstər

XS
SM
MD
LG