Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:20

Gürcüstanda 300 məhbus vaxtından əvvəl buraxılacaq


Gürcüstanın yeni cəzaların yerinə yetirilməsi naziri deyib ki, 300-ə yaxın dustaq vaxtından əvvəl azad olunacaq.

Nazir Sozar Subari birinci gün jurnalistlərə bildirib ki, az ağır cinayət törədən və cəzalarının 2/3-ni çəkmiş məhbuslar azad ediləcək.

Artıq Gürcüstanın yeni hökuməti işə başlayıb.

Hökumətə müxalif "Gürcü koalisiyası"nın lideri Bidzina Ivanishvili rəhbərlik edir.

Oktyabrın 1-də keçirilən parlament seçkisindən əvvəl Tbilisi həbsxanada zorakılıq baş verməsi ilə bağlı video-kadrlar yayılmışdı.
XS
SM
MD
LG