Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:55

Mirmahmud Mirəlioğlunu prokurorluğa çağırıblar


-
Oktyabrın 29-da saat 14:00-da Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ifadə vermək üçün Bakı şəhər Prokurorluğuna çağırılıb.

Bu haqda AzadlıqRadiosuna Mirmahmud Mirəlioğlu məlumat verib.

KXCP sədrini istintaqa Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vaqif Süleymanov dəvət edib. Amma M.Mirəlioğlunun hansı iş üzrə ifadə verəcəyi bəlli deyil:

«Müstəntiqin göndərdiyi çağırışda sadəcə «icraatımda olan cinayət işi üzrə ifadəsi» yazılıb. Cinayət işinin nömrəsi və cinayətin hansı maddələrlə qaldırılması göstərilməyib».

M.Mirəlioğlu deyir ki, bir ay müddətində telefonla bir neçə dəfə zəng edib onu prokurorluğa çağırıblar:

«Mən imtina etmişəm. Demişəm ki, çağırış vərəqəsi göndərin, onun əsasında hərəkət edim. Bu gün çağırış göndəriblər, mən də gəlmişəm».

Günün bütün mövzuları

XS
SM
MD
LG