Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:01

Dəməşq bombalanıb


Oktyabrın 29-da Dəməşq bombalanıb. Bu barədə suriyalı fəallar məlumat yayıb.

Ötən həftə Qurban bayramında Suriyada döyüşən tərəflər atəşkəs elan eləmişdilər. Amma bayramın sonuncu günlərində atəşkəs pozulub.

Bayramda atəşkəsi BMT-nin və Ərəb LIiqasının Suriya üzrə xüsusi vasitəçisi Lakhdar Brahimi təklif etmişdi.

Atəşkəsin pozulmasında hökumət qüvvələri və üsyançılar bir-birlərini günahlandırırlar.
Fəallar deyirlər ki, ötən həftənin 5-ci günündən bəri yüzlərlə adam öldürülüb.

Birinci gün baş verən bombardmandan sonra zərərçəkənlərlə bağlı məlumat yoxdur.

Lakhdar Brahimi bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergei Lavrovla görüşəcək.

Müzakirələrin əsas məqsədi Suriya vətəndaş müharibəsinin diplomatik həlli yolunu axtarmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG