Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:09
«Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması» layihəsi çərçivəsində valideyn himayəsindən məhrum olan və daimi müəssisədə yaşayan 10 nəfər uşaq üçün ailə tipli kiçik qrup evi tikilib.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov layihə ilə əlaqədar Təhsil Nazirliyində keçirilən tədbirdə söyləyib.

Təhsil naziri bildirib ki, həmin ev artıq uşaqların istifadəsinə verilib: «Hazırda kiçik qrup evinin saxlanması xərcləri layihəyə ayrılan vəsait hesabına həyata keçirilir. Layihə başa çatdıqdan sonra evin saxlanması xərclərinin dövlət büdcəsindən ayrılan vəsait hesabına ödənilməsi nəzərdə tutulur».

Misir Mərdanovun nəzərə çatdırıb ki, müəssisələrin və yaradılmaqda olan yeni himayədar qayğı xidmətlərinin fəaliyyətini tənzimləyən Ailə tipli kiçik qrup evi haqqında nümunəvi Nizamnamə və Himayədar ailə haqqında Əsasnamə hazırlanıb və baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub:

«Bununla yanaşı, layihə çərçivəsində pilot seçilmiş əzər rayonu ərazisindəki internat məktəblərində yaşayan uşaqlar içərisindən himayədar ailələrə veriləcək 50 nəfər uşaq seçilib, təlim proqramı hazırlanıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG