Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:59

«Neftçi» komandasının rəhbərliyində istefalar olub


Oktyabrın 28-də «Neftçi» klubu Topaz Premyer Liqasının X turunda «Rəvan» komandasına 2:0 hesabı ilə məğlub olandan sonra komandanın rəhbərliyində istefalar olub.

Komandanın baş məşqçisi Böyükağa Hacıyev, vitse-prezident Tahir Süleymanov və komandanın idman direktoru Güloğlan Cabbarov istefa veriblər.

Bu haqda AzadlıqRadiosuna məlumat verən «Neftçi» klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, klub prezidenti Sadıq Sadıqov istefaları qəbul etməyib.

«Düzdür, «Rəvan»a məğlubiyyətlə barışmırıq. Hazırda Həcc ziyarətində olan klub prezidenti bəyan edib ki, ziyarətdən qayıdandan sonra hesabat tələb olunacaq. Məğlubiyyətin səbəbləri araşdırılacaq və günahkarlar da ciddi şəkildə cəzalandırılacaq. Ancaq indiki vəziyyətdə istefalardan söhbət belə gedə bilməz».

«Neftçi» «Rəvan»la oyundan əvvəl isə Avroliqada «Rubin»ə 1:0 uduzmuşdu.
XS
SM
MD
LG