Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:21

Bakıda bağlanmış küçələrdə avtomobillərin hərəkəti bərpa olunub


Bakıda keçirilən «City Challenge» yarışları ilə bağlı bağlanmış küçələrdə avtomobillərin hərəkəti bərpa olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu gündən Azadlıq meydanı, Zorge, Puşkin, Ü.Hacıbəyov, Z.Əliyeva, R.Behbudov küçələri, Azadlıq, Neftçilər prospektləri istiqamətində avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

Onun sözlərinə görə, səhər saatlarından həmin istiqamətlərdə qoyulmuş beton maneələrin götürülməsinə başlanılıb. Əsədov yolların bu maneələrdən təmizlənməsinin 3-5 gün çəkəcəyini deyib.

«City Challenge» yarışlarının keçirilməsi ilə əlaqədar qeyd olunan yollar oktyabrın 24-dən bağlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG