Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:34
-

Zəngilan rayonun işğalından 19 il ötür. Ermənistan silahlı qüvvələri rayonu 1993-cü il oktyabrın 29-da işğal edib.

İşğal zamanı rayonun mülki əhalisi Araz çayından keçib İran ərazisinə sığınmaqla kütləvi qırğınlardan qurtula bilib.

Rayonun müdafiəsi zamanı 188 nəfər ölüb, 44 nəfər itkin düşüb.

Zəngilan 1930-cu ildə yaradılıb. Rayon cənubdan və şərqdən İranla, qərbdən isə Ermənistanla həmsərhəddir. 707 kvadrat kilometr ərazisi olan rayonun işğala qədər əhalisi 34 min nəfərə yaxın olub.

Dağlıq Qarabağ və ona bitişik daha 7 rayon hazırda erməni işğalı altındadır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG