Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08

Ukraynada ekzitpolun nəticələri gözlənilir


Ukraine -- banner election, Kyiv 29Oct2012

Ukraine -- banner election, Kyiv 29Oct2012

Ukraynada keçirilən parlament seçkisində ən yüksək fəallıq Luqansk və Donetsk vilayətlərində müşahidə olunub.

Kirovoqradsk, Qərbi Zakarpatiya və Trenopolsk vilayətlərində isə fəallıq aşağı olub.

Müşahidəçilər hesab edir ki, parlamentə hakim “Regionlar” partiyası, müxalifət bloku və kommunistlər düşəcək.

5 faizlik həddi radikal “Azadlıq” partiyasının da keçəcəyi gözlənilir.
Müxalifət blokuna hazırda həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenkonun “Batkivşina” və məşhur boksçu Vitali Kliçkonun “Zərbə” partiyaları daxildir.

MSK hələlik seçkiylə bağlı elə bir şikayət olmadığını deyir.

Amma “Kommunist” partiyasının lideri Petr Simonenka Donetsk vilayətində kütləvi pozuntular olduğunu, seçki məntəqələrinə avtobuslarla seçicilər gətirildiyini deyir.

Bu məlumatı qeyri-hökumət təşkilatı olan “Ukrayna seçiciləri komitəsi”də təsdiqləyib.

Həmçinin “Zərbə” partiyası namizədi Olqa Qerasimyuka hücum edildiyini deyir.
O Odessa vilayətindən mojaritar qaydada mübarizə aparır.

Ekspertlər hesab edir ki, hakim partiya seçkidə liderliyini möhkəmləndirə bilər.

Seçki zamanı 5 ekzitpol keçirilib.
Ekzitpolun nəticələri seçki məntəqlərinin bağlanmasından dərhal sonra açıqlanacaq.

Parlamentə 450 deputat seçiləcək.
Onların yarısı partiya siyahısı, yarısı isə mojaritar dairələrdən seçiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG