Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:01

Gürcüstan tam peşəkar ordu yaradır


Gürcüstanda hərbi xidmətə çağırış tamamilə ləğv olunacaq.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ölkənin yeni müdafiə naziri İrakli Alasaniya çıxış edib.

“Maestro” televiziyasına müsahibə verən Alasaniya bildirib ki, məqsəd Gürcüstanda tam peşəkar ordu yaratmaqdır.

O eyni zamanda qeyd edib ki, hələlik ölkədə hərbi xidmətə çağırış sistemi qarışıq olacaq.
Yəni, bir müddət hərbi xidmətə çağırış qüvvədə qalacaq.

İlkin mərhələdə əsgərlik 18 aydan 12 aya endiriləcək, sonra isə hərbi xidmətə məcburi çağırış ləğv ediləcək - deyə o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG