Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:19

Ukraynada bəzi seçki dairələrində problemlər olub


Ukraynada səhər saatlarında 10-a yaxın seçki dairəsi bəzi problemlərə görə açılmayıb.

Bu barədə Mərkəzi Seçki Komissiyası xəbər verir.

Amma gün ərzində bu dairələrin işə düşəcəyi bildirilir.

Artıq prezident Viktor Yanukoviç səs verib.

Həbsdə olan keçmiş baş nazir və müxalifət lideri Yuliya Timoşenkonun qızı Yevgeniya Timoşenko da səs verib.

Kommunist partiyasının lideri Petr Simonenko jurnalistlərə Donetsk vilayətində kütləvi pozuntulara yol verildiyini deyib.

Amma bu məlumat hələlik başqa mənbələr tərəfindən təsdiqlənməyib.

Əsas mubarizə hakim regionlar partiyası ilə birləşmiş müxalifət arasında gedir.

Müxalifət blokuna Yuliya Timoşenkonun “Batkivşina” partiyası ilə məşhur boksçu Vitali Kliçkonun “Zərbə partiyası daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG