Keçid linkləri

Təcili xəbərlər

Bloq icmalı: «Bizə fəxr ediləsi tarix buraxmadınız»


Hökumət Evi qarşısında dalğalanan Azərbaycan bayrağı
Hökumət Evi qarşısında dalğalanan Azərbaycan bayrağı
-

«BİZƏ FƏXR EDİLƏSİ TARİX BURAXMADINIZ»


«Azadıq Biz» bloqunda «Müstəqillik - dərk edilməmiş zərurət» adlı yazıda deyilir: «18 oktyabr «Müstəqillik günü» facebookda bu mövzuda xeyli fikir, təbrik yazılsa da, bu günlə bağlı bir cümlə də yazmadım. Gün boyu aktiv olsam da. İlham Əliyevdən fərqli olaraq mən bu günə nifrət etmirəm. Tarixi atamın xidmətlərindən ibarət təqvim kimi görmürəm. Ancaq bir reallıq məni susmağa vadar etdi. Müstəqilliyi dərk etməyən beyinlərə onu xatırlatmağa nə lüzum?!».

Müəllif yazının sonunu bu cümlələrlə bitirir: «Müstəqillik aktı»na səs vermişlər - sizlər tarixə düşdünüz. Amma bizə fəxr ediləsi tarix buraxmadınız. Çünki müstəqilliyin məğlubiyyətinə də sizlər imza atdınız. Bu məğlubiyyətin yükü isə artıq bizlərin çiyinlərindədir. Bəlkə də bizdən sonra gələcək nəsillərin».

«İMPERİVM ROMANVM»

Altay Göyüşov «İmperivm Romanvm» adlı yazısı romalıların qədim tarixdə demokratiyanı diktaturaya qurban verməsindən, sonra yenidən demokratiya axtarışlarına baş vurmasından danışır: «Sülalə sistemi bir növ hər şeyin taleyini xalqın əlindən alır, qan qohumluğuna görə bütün səlahiyyətlərə sahib çıxacaq varisin iradəsindən asılı vəziyyətə salırdı. İnsanlar sadəcə bu qeyri-müəyyən perspektivlə zorən razılaşmaq məcburiyyətində idi. Sanki xalqın taleyi ilə qumar oynanılırdı».

«İÇİMİZDƏKİ BOLŞEVİZM»

Əli Novruzov bu həftə müxtəlif düşərgəsinə mənsub gənclər arasında debat mədəniyyətindən yazıb: «İçimizdəki bolşevizm» adlı yazıda müəllif qeyd edir: «Kimin arqumenti zəif, kiminki daha ədalətli idi, bunlar məsələnin indi məni maraqlandırmayan tərəfidir. Əsas olan belə bir debatın sivil, mədəni formada baş tutması faktıdır».

«BIR MƏKTƏBİN TARİXÇƏSİ»

«Blogger from Animal Farm» bloqunda Emil Bağırov «Bir məktəbin tarixçəsi» adlı yazı paylaşıb: «Avtomobildən düşüb hər iki tayı açıq olan darvazadan içəri keçirik. Yemək qoxularının bir-birinə qarışdığı həyətin düz ortasında peyinlə dolu traktor lafeti durur. Ağ-qara forma geyinən uşaqların qaçıb-oynamasından hürkən toyuqlar küncə qısılıb qorxulu nəzərlərlə ətrafa boylanır. Ön tərəfi boyanan binanın arxa tərəfində taxta-dəmir tullantılarından düzəldilmiş eyvanlar yan-yana düzülüb. Bu təzadlı təsvirdən sonra beyninizdə nə formalaşdığını bilmirəm, amma bura Bərdə rayonunun Əlyanlı kəndinin məktəbidir».

«DƏRSƏ GEDƏN BİR UŞAQ»

Etibar Salmanlı öz bloqunda «Dərsə gedən bir uşaq» yazısında qrammatik səhvlərlə dolu iki vərəqi dərc edib. Müəllif yazır ki, bunun birini müəllim, o birini şagird yazıb: «Əslində bu fotonu ilk olaraq bir dostumuzun profilində görəndə düşündüm ki, bunu paylaşan dostumuz görəsən fikirləşməyib ki, bunu müəllim yaza bilməz?».

Müəllif qrammatik səhvlərlə dolu bu kağız parçasının müəllim tərəfindən yazıldığına inanmadığını da qeyd edir: «Müəllimənin şagirdlərindən pul alması bir ayıb, belə xətlə, səhvlərlə yazması iki ayıb, valideynin övladının taleyini belə birinə verməsi 3 ayıb, təhsil nazirliyinin belə bir insanı uşaqların tədrisinə görə görəvləndirməsi 4 ayıb».

«HİDDƏTLƏNİN»

Fuad Şahbazov bloqunda Stéphane Hessel-in «Hiddətlənin» kitabından yazıb: «2 gün əvvəl internet elanlarında məşhur fransız diplomatı və pedaqoqu Stéphane Hessel-in yeni yazdığı 32 səhifəlik «Hiddətlənin!» əsərinin bizim dilə tərcümə edildiyini öyrəndim. Xüsusən də «Twitter» üzərindən çox adamın bu kitabdan bəhs etdiyi üçün oxumağa qərar verdim.

Stéphane Hessel Avropada antifaşizm hərəkatının görkəmli fiqurlarından biridir. «Azad Fransa» təşkilatında Charles de Gaulle (Şarl de Qolla) çiyin-çiyinə mübarizə aparıb və daha sonra Fransanın BMT-dəki nümayəndəsi kimi çalışıb.

Əsəri bir qrup maarifçinin xahişi ilə yazan 93 yaşlı S. Hessel kitabda «İnsan hüquqlarına hörmət», «Fələstin qaçqınlarının məsələsinə», «Şəxsi inkişafa və hiddətə» toxunur. Ümumilikdə əsər maarifləndirmək məqsədilə yazılıb. Dünyadakı ümumi problemlərin qısa xülasəsi kimi. Bundan əlavə diplomat həyatının ən anlamlı günlərini yad edərək keçmişi bizim günümüzlə müqayisə edir. Kitab oxunmağa dəyər».

«BLOQ TERMİNLƏRİ»

Doktormann yazdığı sonuncu yazıya «Bloq terminləri» sərlövhəsini seçib. Elə yazı da «rus saytlarının birində gördüyü bloq terminlərindən bəhs edir: «Bloqçuluqla maraqlananlar üçün faydalı ola biləcəyini düşünürəm. Ruscasını da saxladım.
Блог – публичный интернет-дневник.
Bloq – ictimai internet-gündəlik.
Микроблог – блог с короткими записями.
Mikrobloq – qısa yazıları olan bloq.
Блоггер – человек, который ведет блог.
Bloqqer – bloq yazan adam.
Блогосфера – совокупность всех блогов.
Bloqosfer – bütün bloqların məcmusu.
Блогохостинг – сервис для создания блогов.
Bloqohostinq – bloq yaratmaq üçün servis».
XS
SM
MD
LG