Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:40

Prezident Beyləqanda müşavirə keçirib


-

Prezident İlham Əliyev oktyabrın 28-də Beyləqan rayonuna səfər edib. AzərTAc xəbər verir ki, dövlət başçısı Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışına qatılıb. Uzunluğu 35 kilometr olan dördüncü kateqoriyalı avtomobil yolunda iki körpü, on boru su keçidi inşa edilib. Beyləqanın on kəndini və Xocavənddən olan məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqəsini birləşdirən həmin yoldan 34 minə yaxın sakin istifadə edəcək. Yolun 20,2 kilometrlik hissəsində əsaslı təmir işləri başa çatdırılıb. Qalan hissədə əsaslı təmir davam etdirilir.

Həmin gün İlham Əliyev əsaslı təmir olunan və yenidən qurulan Mədəniyyət Sarayına baş çəkib, Heydər Əliyev Mərkəzinin açılışına qatılıb. Dövlət başçısı Heydər Əliyev Mərkəzində Aran iqtisadi zonasından olan sahibkarlarla müşavirə keçirib.

Oktyabrın 27-də isə İlham Əliyev Saatlı rayonunda olub. O, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının, Gənclər Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının, Şahmat Məktəbinin açılışlarında iştirak edib, yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanasına baş çəkib. Prezident Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün yenidənqurmadan sonra açılışında da iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG