Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:36

Naxçıvanda «Kəllə» faciəsi


Arxiv foto
Arxiv foto
-


Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 29 iyun 2012. sayı: 120 (20.525)


TİKİNTİ OBYEKTİNDƏ PRAKTİK TİBBİ TƏLİM

...Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçi cərrahı, tibb üzrə fəlsəfə doktoru Sabir Novruzov tikinti obyektlərində baş verən istehsalat qəzalarında insanların sağlamlığının qorunması üçün həyata keçirilən tədbirlərdən danışmışdır. Naxçıvan Muxtar Respublika Xəstəxanası Cərrahiyyə şöbəsinin koordinatoru Elvin Əliyev, Naxçıvan şəhər Təcili Tibb Mərkəzinin həkimi Əkrəm Məmmədli və Reanimasiya şöbəsinin reanimotoloq-anestezioloqu Hüseyn Abdullayev xarici və daxili, arterial, venoz, kapillyar qanaxmalar, kəllə - beyin travmaları, zədələnmə və sınıqlar, ürək, ağciyər çatışmazlığı, günvurmalar, həşərat sancmaları zamanı göstərilən ilkin tibbi yardım barədə məlumat vermişlər.

Təlimdə əyani vasitələrdən geniş istifadə olunmuşdur.

Təhlükəsizlik üzrə mühəndis Tural Nəcəfov inşaatçıların səhiyyə maarifində belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulamış, kollektiv adından səhiyyə işçilərinə minnətdarlığını bildirmişdir.


«KƏLLƏ» FACİƏSİ NAXÇIVAN TEATRINDA

...Doktor Dalbanezonun xəstə vərəmli qızını tamaşada canlandıran gənc aktrisa Nurbəniz Niftəliyevanın ilk rolu da uğurlu sayıla bilər. Səhnədə ilk obrazını yaradan gənc aktrisa mühitin qurbanına çevrilmiş zavallı, məsum qızın taleyinin inandırıcı şəkildə teatrsevərlərə təqdiminə nail olmuşdur. Doktor Dalbanezonun kəşfini həyata keçirə bilməməsi onun da həyatına son qoyur.

...Tamaşada teatrın əsas aktyorlarının və yaradıcı gənclərinin də cəlb olunduğu səhnələrdə maraqlı obraz və personajlar da süjet xəttinin açılmasına xidmət edir. Azərbaycan Respublikasının xalq artistləri Həsən Ağasoy (Frayman), Şirzad Abutalıbov (Sərsəri), Azərbaycan Respublikasının əməkdar artisti Vidadi Rəcəbli (Naşir), Naxçıvan muxtar Respublikasının əməkdar artisti Əbülfəz İmanov (doktor), aktyorlar Nəsimi Məmmədzadə (şair), Zakir Fətəliyev (polis məmuru), aktrisa Zəminə Baxşəliyeva (qapıçı qadın) və başqalarının obraz və personajları da maraqla qarşılanmışdır...


DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Operativ vergi nəzarəti tədbirləri gücləndirilir
- Təbii qazla təminat diqqət mərkəzindədir
- «Təmiz hava» aylığı keçirilir
XS
SM
MD
LG