Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:25

Rusiyalı milyardçı Prokhrov biznesdən tam siyasətə keçir


Rusiyada keçirilmiş prezident seçkisində 3-cü olmuş Mikhael Prokhrov (Mixail Proxorov) biznesi ataraq siyasətə keçir.

Bunu onun özü rəhbərlik etdiyi “Vətəndaş platforması” partiyasının Moskvada keçirilən qurultayında deyib.
İş adamının hazırda 13 milyard dolları olduğu təxmin edilir.

Prokhrov qeyd edib ki, indən belə onun aktivləri ilə tərəfdaşları məşğul olacaq və o müvafiq sənəd imzalayıb.

Prokhrov bildirib ki, o ölkədə hakimiyyət və müxalifətlə rəqabət apara biləcək 3-cü qüvvə yaratmaq istəyir.

Rusiyada çoxları onun Kreml tərəfindən ortaya atıldığını güman edir.

Amma o bunu inkar edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG