Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:26

Naxçıvanlı İmoş dayının növbəti gileyləri


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 28 iyun 2012. sayı: 119 (20.524)


«KEÇƏCİ» KURSU BAŞLAMIŞDIR

Cəmiyyətin inkişafı müxtəlif peşələrin yaranması, onların təkmilləşib mühüm həyatı əhəmiyyət kəsb etməsi ilə özünü göstərmişdir. Bir sıra peşələr isə tarixi proseslər və texniki tərəqqi ilə öz əvvəlki əhəmiyyətini itirsə də, xalqın bütöv bir keçmiş inkişaf dövrünü, adət - ənənələrini və milli dəyərlərini özündə qoruyub saxlayaraq, əslində, bir sıra müasir peşələrdən də qiymətli hala gəlmişdir. Qədimdə neçə - neçə sənətkarın usta əllərinin məhsulu olan elə əşyalar olmuşdur ki, evləri bəzəmiş, təsərrüfatda və məişətdə geniş istifadə edilmişdir. Onların yaşadılması isə bu gün gələcəyimiz qarşısında cavabdeh olan hər birimizin borcudur. İtməkdə olan keçəçilik peşəsinin yenidən canlandırılması da bu baxımdan Naxçıvan Muxtar Respublikasında elan olunmuş «Milli dəyərlər ili»ndə təqdirəlayiq bir addımdır.

...Mərkəzdə milli dəyərlərimiz sayılan və unudulmaqda olan müxtəlif peşə sahələrinin öyrədilməsi işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub

İMOŞ DAYININ GİLEYLƏRİ

...Əhvalının birdən – birə niyə korlandığını soruşdum. Bir balaca fikirləşdi, qaşlarını qaldırıb endirdi, axırda gözünü düz üzümə zilləyib danışdı, nə danışdı.

...Açığı, İmoş dayının dedikləri elə həmin andaca məndə maraq oyatdı. Səbirsizliklə sevimli qocamızın nə deyəcəyinə diqqətimi yönəltdim. İmoş dayı bir qədər dayandıqdan sonra söhbətinə davam etdi:

- Ay qızım, şəhərimizə heç yaraşmayan bir məsələ var – ünvan məsələsi. Bu boyda şəhərdə nə qədər küçə, döngə, prospekt var, özün bilirsən. Amma, di gəl ki, çoxunun adı yerində deyil. Heç olmasa şəhərin mərkəzi yerlərində ünvanların adları qaydasındadır. Amma şəhərdən bir balaca aralaşan kimi gözün qalır axtara – axtara. İş orasındadır ki, şəhərdə küçələr qarışıb bir – birinə. Nə başı bilinir, nə ayağı....

Günü – gündən abadlaşıb inkişafa qovuşan, gözoxşayan Naxçıvan şəhərində belə bir problemin mövcudluğuna təəccüblənməmək olmur. Çünki, doğma Naxçıvanımız inkişaf etmiş əksər Avropa şəhərlərindən heç də geri qalmır. Bəs onda nəyə görə başqa ölkələrdə ünvan mədəniyyəti ən yüksək şəkildə inkişaf etdiyi halda, bizdə bu mədəniyyət çox aşağı səviyyədədir? Axı belə bir vəziyyət muxtar respublikanın bu gününə yaraşmır....

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Xalq oyunları
- Kütləvi profilaktik müayinələr aparılmışdır
- 3170 hektar sahənin taxılı biçilib

Şərhləri göstər

XS
SM
MD
LG