Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:23

Sergey Udaltsov yenə də saxlanıb


Bu gün Moskvada keçirilən etiraz aksiyalarında bir neçə müxalifət fəalının saxlandığı xəbər verilir.

Müxalifət liderləri Sergey Udaltsov, Aleksandr Navalnıy və İlya Yaşin də onların arasındadır.

Aksiyalarda məqsəd ölkədə işgəncə və represiyalara etiraz bildirmək olub.

Navalnıy ilə Yaşin Federal Təhlükəsizlik Xidmətinin yaxınlığında, biri-birindən aralıda əllərində represiya və işgəncələr əleyhinə şüarlar tutublar.

Az sonra aksiyalara digər müxalifət fəalları da qoşulmağa başlayıb.

Onlar tək mitinqlər üçün icazəyə ehtiyac olmadığını deyirlər.
XS
SM
MD
LG