Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:09

15 yaşlı qızçığaz Malala Yousafzainin səhhəti yaxşılaşır


Malala Yousafzai

Malala Yousafzai

Oktyabrın 9-da Pakistanda başından vurulmuş 15 yaşlı qız Malala Yousafzaiınin səhhəti yaxşılaşmağa başlayıb.

O hazırda Britaniyanın Birminqem xəstəxanasındadır.

Atası Ziauddin Yousafzai cümə günü qızına baş çəkib.

Pakistanın Minqora şəhərindən olan Malala Yousafzai 11 yaşından qızların hüquqları uğrunda mübarizə aparır, vaxtaşırı BBC üçün bloq yazır.

Onu oktyabrın 9-da məktəbli avtobusuna daxil olan talibançı vurub.

Başından və boynundan güllı yarası alan qızcığaz təsadüf nəticəsində sağ qalıb.

Atası qızının sağ qalmasını möcüzə sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG