Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:54

Berlusconi şikayət edəcək


İtaliyanın keçmiş baş naziri Silvio Berlusconinin vəkilləri apellyasiya şikayəti verməyə hazırlaşır.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, şikayət noyabrın 10-da verilə və bir neçə il vaxt apara bilər.

Milan məhkəməsi cümə günü keçmiş baş naziri vergidən yayınmaqda təqsirli bilərək ona 4 il iş kəsib, amma sonra konstitusiyaya uyğun olaraq cəzanı 1 ilə endirib.

Bundan başqa onun 5 il dövlət vəzifəsində çalışması qadağan edilib.

Berluskoni həm də 10 milyon avro vergi ödəməli olacaq.

76 yaşlı Berluskoni qərarın siyasi motivli olduğunu deyir.
XS
SM
MD
LG