Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:50
-
Sakharov (Saxarov) mükafatını bu il iranlı hüquq müdafiəçisi Nasrin Sotoudeh və kinorejissor Jafar Panahi alıb.

Qərar mükafatı təsis edən Avropa Parlamentində qəbul edilib.

Nasrin Sotoudeh ötən il ölkənin milli təhlükəsizliyinə ziyan vurma ittihamı ilə 11 il həbs cəzasına məhkum edilib.

Jafar Panahi də eyni ittihamla 6 il həbs cəzası alıb və ona 20 il film çəkmək qadağan edilib.

Avropa Parlamentinin niderlandlı deputatı Marietje Schaake ümid edir ki, Sakharov mükafatı İranda ədalətsiz mühakimə olunmuş siyasi məhbusların azadlığa çıxmasına kömək edəcək.

«Nobel Sülh» mükafatçısı, iranlı hüquq müdafiəçisi Shirin Ebadi isə bildirib ki, bu mükafat beynəlxalq aləmin diqqətini daha da İranda insan haqlarının pozulmasına yönəldəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG