Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:54

Sakharov mükafatını iranlı dissidentlər aldı


Sakharov mükafatını bu il iranlı hüquq müdafiəçisi Nasrin Sotude (Nasrin Sotoudeh) və kinorejissor Cəfər Pənahi (Jafar Panahi) alıb.

Qərar mükafatı təsis edən Avropa parlamentində qəbul edilib.

Nasrin Sotude ötən il ölkənin milli təhlükəsizliyinə ziyan vurma itihamı ilə 11 il həbs cəzasına məhkum edilib.

Həmçinin Cəfər Pənahi eyni ittihamla 6 il həbs cəzası alıb və ona 20 il film çəkmək qadağan edilib.

Avropa parlamentinin niderlandlı nümayəndəsi Marate Şaake ümid edir ki, bu İranda ədalətsiz mühakimə edimiş siyasi məhbusların azadlığa çıxmasına kömək edəcək.


Nobel sülh mükafatçısı, iranlı hüquq müdafiəçisi Shirin Ebadi isə bildirib ki, bu mükafat beynəlxalq aləmin diqqətini daha da İranda insan haqlarının pozulmasına yönəldəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG