Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:40
-
Tatyana adlı tələbə “V kontakte” sosial şəbəkəsində yazır ki, öz səsini 400 hrivnaya , yəni 50 dollara satır.
Tatyana ona da söz verir ki, səs verəndən sonra sübut kimi seçki bülleteninin şəklini göstərəcək.

Tatayna yazır ki, kimə səs verəcəyinin onun üçün əhəmiyyəti yoxdur.

Kiyevdən olan başqa tələbə Vladislav öz qrup yoldaşlarından 10 nəfərinin səsini birdən satır – səsin biri 250 hrivnaya (30 dollara).

Azadlıq Radiosunun Ukrayna xidmətinin müxbiri İrina Stelmakh Vladislava zəng edib, deyib ki, səsi bir az ucuz versin. O da cavab verib ki, dostları ilə danışıb, qiyməti deyəcək.

Ukraynada tələbələr oktybarın 28-dəki parlament seçkilərində öz səslərini sosial şəbəkələrdə satışa çıxarıblar. Səsin biri 150 hrivnadan 500 hrivnaya kimidir ( 8 hrivna təxminən 1 ABŞ dollarıdır).
Səsləri tək-tək ya da 10-15 –ni birdən satırlar.

10 FAİZ SƏSİNİ SATMAĞA HAZIRDIR

Sosioloji Mərkəzin direktoru Andrey Bichenko bunu belə izah edir: “bu, iqtisadi-sosial vəziyyəti göstərir.
İnsanların əksəriyyəti ən yaxşı halda kasıb yaşayır.
Ona görə də səslərini satmağa hazırdırlar”.

Seçki qanunverciliyi üzrə ekspert Andrey Gusak isə deyir ki, qanunla səsini satmaq cinayətdir.
Gusakın sözlərinə görə, özü də “qanunla cinayət
məsuliyyətini səsi alan yox, satan daşıyır”

Demokratik Təşəbbüslər fondunun sorğusuna görə,
1 səsə 6 dollardan – 65 dollara kimi pul verilsə, öz səsini Ukrayna seçicilərinin 10 faizi satmağa razıdır.

Bütün bunları Azadlıq Radiosu Ukrayna seçiciləri komitəsinin sədri Oleksandr Chernenkodan şərh etməyi xahiş edib.
Ekspert deyib ki. ukraynalı seçiciyə təzyiq eləmək çətindir, satın almaq isə asan.”

"SHEVA", POVALİY

Oktyabrın 28-dəki seçkilərin özünə gəlincə bu, Viktor Yanukovich prezident olandan sonra ilk parlament seçkiləridir. Seçkidə onun Regionlar Partiyası qalib gəlsə, Ukraynada prezident hakimiyyəti güclənəcək.

Siyasi təhlilçi Viktor Bala deyir:
“Bu, Ukrayna üçün çox əhəmiyyətli seçkilərdir. Biz Rusiya senarisinə gedirik. Biz nəinki aşağıdan-yuxarıya prezidentə şaquli tabeçilik görürük, bu şaquli tabeçilik güclənir.“

Rəy sorğularında hakimiyyət partiyası irəlidədir, seçicilərin 23 faizi Regionlar partiyasını dəstəkləyir.


Vitali Klitschko Dereck Chisora-ya qarşı

Vitali Klitschko Dereck Chisora-ya qarşı

Bu partiyadan başqa 5 faizlik həddi Birləşmiş Müxalifət, Kommunist Partiyası və “UDAR” keçə bilər.

“UDAR” peşəkarlar arasında boks üzrə dünya çempionu Klitschkonun hərəkatıdır.
Bu partiya həbsdə olan Yulia Timoshenkonun Vətən partiyası ilə populyarlıqda yanaşı gedir və hakim partiyaya sınağa çevrilib.

Andriy Shevchenko

Andriy Shevchenko


Seçkidə başqa idman ulduzu “Sheva” da iştirak edir.

“Şeva” “Milan” klubun keçmiş ulduzu, “Qızıl Top”un qalibi Shevchenkonun ləqəbidir.

36 yaşlı futbol ulduzu “Ukrayna, İrəli” partiyasından namizəddir. O deyir ki, diqqətini idman məsələlərində cəmləyəcək. Çünki ukraynada uşaqların 70 faizi adi idman hərəkətlərini edə bilmir.

​Hakimiyyət partiyası isə digər ulduzu – pop müğənni Taisia Povaliyi öz sıralarına cəlb edib. Povaliyə partiya siyahısında hətta 2-ci yer verilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG