Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:33

Dövlət televiziyası Bashar Assadin bayram namazı qıldığını göstərib


Bu gün Suriya prezidenti Bashar Assadin bayram namazı qılması ilə bağlı görüntüləri yayılıb.

Görüntünü Suriya dövlət televiziyası yayıb. Bashar Assadin olduğu məscidin adı çəkilməyib.

Məscidin imamı Valid Abdul Hak dua vaxtı suriyalılara deyib ki, “müharibədən əl çəkin, çünki hamınız qardaşsınız”.

Namazdan sonra Bashar Assad məsciddəki adamlarla salamlaşıb, onlarla söhbət edib.
Bashar Assad dövlət televiziyasında axırıncı dəfə BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lakhdar Brahimi ilə görüşərkən göstərilmişdi.

Bu gündən Suriyada Qurban bayramı ilə bağlı atəşkəs elan olunub. Atəşkəs dörd gün davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG