Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:14

Sergey Udaltsova rəsmi olaraq ittiham irəli sürülüb


“Sol Cəbhə” hərəkatının koordinatoru Sergey Udaltsova rəsmi olaraq ittiham irəli sürülüb. Bu gün o dindirilmək üçün istintaqa çağırılıb. Ona Rusiyada kütləvi qarşıdurmalara hazırlıqla bağlı ittiham irəli sürülüb.

Bu haqda İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin məlumat verib. Markin deyib ki, Udaltsovdan başqa yerə getməmək haqda iltizam alınıb.

Sergey Udaltosov isə ittihamı qəbul etmir.

Bir neçə gün əvvəl Udaltsovun tərəfdarları Konstantin Lebedevlə Leonid Razvozjev həbs olunub. Onlar Rusiyada kütləvi qarşıdurmalara hazırlıqda ittiham olunurlar.
XS
SM
MD
LG