Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:20

Şair və mütəşairin fərqi...


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

“Şərq Qapısı” qəzetinin ədəbiyyat əlavəsi N – 4
28 iyun 2012-ci il.


ADINI TARİXƏ SALDI NAXÇIVAN

Bahara dönübdü payızı, qışı,
Bir cahlı – calallı eldi Naxçıvan.
Min illik tarixdi torpağı, daşı,
Yenicə açılan güldü Naxçıvan

Bir cənnətməkandı hər bir bucağı.
Kimsədən yoxdur bir umacağı.
Ləldi, cəvahirdi daşı, torpağı,
Tükənməz sərvəti boldu Naxçıvan

Qovğalar keçsə də, əzəl başından
Hey qurur, yaradır yaranışından.
Bütün el danışır hər bir işindən,
Dünyaya açılan yoldu Naxçıvan

ŞAİR, YOXSA MÜTƏŞAİR?

Bir var şair, bir də var mütəşair. Şair şairdir, bəs “mütəşair” nə deməkdir, yaxudkimlərə mütəşair deyilir?

“Mütəşair” ərəb sözüdür, şair olmayıb, şeir yazana deyərlər. Klassik ədəbi aləmdə, xüsusilə ərəb ədəbi tənqidində bu, çox yerində işlənmiş sözdür. Bu, əsl şairlə şair olmayıb, şeir yazanlar arasındakı fərqi ayırd etmək ifadəsidir.

Beləcə, satirik istedadlı və qabliyyəti olmaya - olmaya şeir yazanlara “mütəşair” deyirlər. Başqa sözlə, “mütəşair” nəzmçilik həvəsinə düşənlərin bir başqa adıdır. Bizə təəccüblü gəlir ki, biz sizin özünüzün söylədiyiniz sözlərinizin dolaşıq, yanlış, qaba olduğunu və heç bir poetik məziyyət ifadə etmədiyini söyləyərək niyə “cin atına minirsiniz”?

Bizdə indi “mütə”lər artıb və biz, demək olar ki, onların əhatəsindəyik: onların tənqidə və tənqidçiyə qarşı qeyri – səmimi münasibəti içərisində yaşayırıq.

Yazımızın imkanlarını nəzərə almaqla, bu andaca bəzi kitablardan bir – iki nümunə təqdim edə bilərik. Məsələn, "Ürəyimin səsi” (Qabil Abbas) kitabını vərəqləyirik. Kitabın müəllifi, əsasən, aşıq şeiri formasında yazır: Bəzi şeirlərində fərqli bəndlər vardır, lakin həmin şeirlərdə qüsurlar daha çoxdur.: ya ümumi şablon sözlərdir, ya şeir bacadandüşmə bəndlə başlayır, ya misralarda hecaların sayı bir – birindən fərqlidir, ya da misralardakı bölgülər uyğun deyil. Bəzi şeirlərdə fikir, məna primitivdir və beləcə, bütün şeirləri qüsurludur. Belə halda onların poeziya nümunəsi adlandıra bilmərik....

Şərhləri göstər

XS
SM
MD
LG