Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:20

Məsciddəki partlayışda azı 32 adam ölüb


Bu gün Əfqanıstanın şimalındakı Maymana şəhərində məsciddə baş verən partlayışda azı 32 adam ölüb. Partlayışı intiharçı törədib.

Polisin məlumatına görə, ölənlərdən 17-si dinc sakin, 15-i təhlükəsizlik qüvvələrinin əməkdaşı olub.

Terror aktı dini ayin zaman həyata keçirilib.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib.
XS
SM
MD
LG