Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:59

Myanmada müsəlmanlarla buddistlər arasında münaqişə davam edir


Myanmada müsəlmanlar və buddistlər arasında baş verən silahlı toqquşmalarda 56 adam ölüb. Bu haqda Rakhina əyalətinin sözçüsü Win Myaing məlumat verib.

Münaqişə zamanı yüzlərlə ev yandırılıb. Ratha Taung şəhərindən başlayan toqquşmalar sonradan Kyauk Taw şəhərinə də keçib.

İyun ayında da bu əyalətdə toqquşmalar olmuşdu. 90 adamın öldüyü həmin hadisələr zamanı fövqəladə vəziyyət elan olunmuşdu.

Müsəlmanlarla buddistlər arasında ilk münaqişə may ayında başlayıb. Münaqişəni üç müsəlmanın buddist qadını zorlaması qızışdırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG