Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:55

Clinton və Ashton Ukraynada vəziyyətdən narahatlıq ifadə ediblər



ABŞ Dövlət katibi Hillary Clinton və Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton Ukraynada qarşıdakı parlament seçkisi ərəfəsində siyasi vəziyyətdən narahatlıq ifadə edən birgə açıqlama yayıblar. “İnternational Herald Tribune” qəzetində yayılan birgə açıqlamada deyilir ki, s”eçki ərəfəsində administrativ imkanlardan hakimiyyətin namizədlərinin xeyrinə istifadə olunması, bir neçə media orqanının üzləşdiyi problemlər narahatlıq yaradır.”

Sənəd müəllifləri Ukrayna hakimiyyətini keçmiş baş nazir Yulia Tymoshenko və başqa keçmiş yüksək vəzifəli rəsmilərə qarşı “planlı cinayət təqibi prosesləri”ni nəzərdən keçirməyəçağırırlar.

Oktyabrın 28-də Ukraynada parlament seçkiləri keçiriləcək. Bu, 2010-cu ildə prezident seçilmiş Viktor Yanukovich-in hakimiyyəti illərində keçirilən ilk seçkidir. Həmin seçkidə Yanukovich-ə uduzmuş keçmiş baş nazir Tymishenko hakimiyyətdə olduğu illərdə vəzifədən sui-istifadədə ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG