Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:12

Bakıda zəncirvari qəza barədə polisin məlumatı


APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən verdiyi məlumata görə, oktyabrın 24-də saat 22.10 radələrində Yasamal rayonu ərazisindəki Yeni Dairəvi yolda Ağdam rayon sakini Mübariz Şirinovun idarə etdiyi "Mercedes" markalı avtobusla Qəbələ rayon sakini Elşən Seyidovun idarə etdiyi "Ford" markalı, Bakı şəhər sakinləri Nizami Abbasovun idarə etdiyi "Opel" markalı, Rəfayel Kərimovun idarə etdiyi "Mercedes" markalı, Qəşəm Rzayevin idarə etdiyi "Tofaş" markalı, Nurəddin Əmrullayevin idarə etdiyi "VAZ-21010" markalı, Ağsu rayon sakini Xəlil Qasımovun idarə etdiyi "QAZel" markalı və PAZ markalı avtomaşınlar toqquşub.

Toqquşmanın təsirindən "Mercedes" markalı avtobusda, "Mercedes" markalı avtomobildə, "QAZel" və "PAZ" markalı avtomaşınlarda yanğın baş verib.

Nəticədə qeyd edilən avtomaşınların yanar konstruksiyaları yanıb, M. Şirinov və hadisə yerində olan Tovuz rayon sakini Hafiz Şirinov ölüb, xəsarət almış X. Qasımov, E. Seyidov və sərnişinlərdən Bakı şəhər sakinləri Tahir Yusubov, Əli Lətifov, Murad İsmayılov, Cəlilabad rayon sakini Mircəmil Məmmədov, Gəncə şəhər sakini Rəis Abbasov, Şahbuz rayon sakini Qulu Quliyev, Sumqayıt şəhər sakini Məhəmməd Hüseynov xəstəxanaya yerləşdiriliblər. Onlardan Q. Quliyevin və R. Abbasovun vəziyyətləri qənaətbəxşdir, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
XS
SM
MD
LG