Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:30

Bakıda avtoşou olub


Bu gün Bakıda GT-3 kateqoriyalı “Formula 1” yarışında iştirak edəcək avtomobillərin paradı olub. Neftçilər prospektindən start götürən avtomobillər “Qurd qapısı” adlanan əraziyə qədər yüksək sürətlə hərəkət ediblər.

Dünyanın məşhur brend avtomobil şirkətlərinin iştirak etdiyi paradı yol boyu xeyli sayda şəhər sakini də maraqla izləyib. Bundan sonra layihənin təqdimatı olub və proqram açıqlanıb. Almaniya “City Challenge”nin baş direktoru tədbirin əhəmiyyətindən danışıb.

Almaniya “City Challenge”nin icraçı direktoru Hartmunt Beyer bildirib ki, belə bir tədbirin təşkil olunmasında həm insanların, həm sponsorların, həm də dövlətin dəstəyi müstəsnadır. Onun sözlərinə görə, bu ideyanın əsas qayəsi turizm sektorunun daha da çox təbliğ olunmasıdır ki, nəticədə dünyanın müxtəlif ölkələrindən gələn turistlər bu gözəl ölkəni tanımış olacaqlar.
/ANSPRESS
XS
SM
MD
LG