Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:24

Gürcüstanın yeni baş naziri ölkəsinin Avropa Birliyi və NATO-ya üzvlük siyasətinin davam edəcəyini deyir



Gürcüstanın yeni Baş naziri Bdzina İvanishvili parlamentdə bu vəzifəyə təsdiq edildikdən sonra bir daha bildirib ki, ölkəsinin Avropa qurumlarına inteqrasiyası istiqamətində siyasət davam etdiriləcək:

- Bizim komandanın əsas hədəfləri ölkənin Avropa Birliyinə, Avroatlantik məkana, NATO-ya inteqrasiyasıdır. Biz başa düşürük ki, Gürcüstan beynəlxalq hərbi əməliyyatlarda iştirak etməli, beynəlxalq ictimaiyyətin üz-üzə qaldığı problemlərin həllində iştirak etməlidir. Biz təsdiq edirik ki, bu cür tədbirlərdə iştirak bizim milli maraqlarımıza uyğundur.

İvanishvili qeyd edir ki, Gürcüstan strateji tərəfdaşlıq çərçivəsində ABŞ-la əməkdaşlığını davam etdirəcək. Eyni zamanda Rusiya ilə hazırda mövcud olan böhranın addım-addım aradan qaldırılması üçün beynəlxalq mexanizmlərdən istifadə edərək Moskva ilə də dialoqa başlayacaq:

- Bizim xarici iqtisadi siyasətimizin əsası ölkənin ixrac potensialının artırılmasına yönələcək. ABŞ, Avropa Birliyi ilə azad ticarət razılaşmaları prioritet olaraq qalacaq. Rusiya ilə də ticarət əlaqələrinin bərpası istiqamətində fəaliyyət göstərəcəyik.

Mən il yarım sonra sıralarını tərk edəcəyim bu komandaya görə cavabdeh olacam. Bilirəm ki, bizim rəqiblərimiz bu vəziyyətdən istifadə edəcəklər. Ona görə cəmiyyətdə nihilizm yaranmaması üçün xüsusi vurğulayıram ki, bu il yarımda biz elə bir qanuni əsaslar yaradacağıq ki, ölkəmiz onun əsasında inkişaf edəcək.

Milyarder Bdzina İvanishvilinin rəhbərlik etdiyi Gürcü arzusu müxalifət koalisiyası oktyabrın 1-də keçirilən sonuncu parlament seçkisində 150 mandatdan 85-ə sahib olub. Bundan sonra prezident Saakashvili partiyasının müxalifətdə keçdiyini bəyan edib. Saakashvilinin özünün ikinci və sonuncu prezidentlik müddəti isə gələn il başa çatır.
XS
SM
MD
LG