Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:01

Bakı avtovağzallarında sıxlıq yaranıb



Bakıdan müxtəlif istiqamətlərə çıxan avtobuslarda Qurban bayramına görə sərnişin sıxlığı yaranıb. Xüsusilə rayonlara gedən avtobuslarda yer tapmaq mümkün olmur. ANSPRESS-in məlumatına görə mikroavtobuslar da gediş qiymətini qaldırıblar. Bayramdan əvvəl vətəndaşlar 3 manat verdikləri yola indi 6-8 manat ödəməli olurlar.

Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov isə digər günlərdən fərqli olaraq bayram günündə sərnişinlərin çoxluq təşkil etdiyini, xəttə çıxan avtobusların da bu tələbatı ödəyə bilmədiyni deyib. O əlavə edib ki, bayramla əlaqədar hələ sabah da ehtiyatda olan bütün avtobuslar xəttə çıxarılacaq.

Qurban bayramına görə oktyabrın 25-i və 26-ı Azərbaycanda iş günü deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG